Qazaxıstan Premyer Liqasında mövsümə yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu - 33-cü turun matçında millimizin qapıçısı Emil Balayevin klubu "Tobol” "Aktobe”ni qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Emil 90 dəqiqəni meydanda olub.
Qeyd edək ki, "Tobol” yarışı 63 xalla 4-cü pillədə başa vurduğundan mükafatçılar sırasına düşə biməyib avrokuboklardan kənarda qalıb. Birinci yeri 69 xalla "Astana”, ikinci yeri 68 xalla "Kayrat” tutub. Bürünc medalları isə son turda "Taraz”a qalib gəlməklə (3:0) xalını 65-ə yüksəldib "Ordabaşı” qazanıb.
Fanat.Az