Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, mərasimdə cari ilin ən yaxşı futbolçusu adına Portuqaliya millisi və "Yuventus"un ulduz üzvü Kriştiano Ronaldo layiq görülüb. O, mükafat uğrunda mübarizədə Lionel Messi ("Barselona"), Vircil van Deyk və Məhəmməd Salahı (hər ikisi "Liverpul") qabaqlayıb.
Qeyd edək ki, Ronaldo "Globe Soccer Awards" versiyası üzrə ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə ilin ən yaxşı oyunçusu seçilib.
İlin ən yaxşı məşqçisi adına Yürgen Klopp ("Liverpul”) layiq görülüb. Alman mütəxəssis Fernandu Santuş (Portuqaliya) və Erik Ten Haqdanı ("Ayaks”) qabaqlayıb.
İlin kəşfi nominasiyasında Joao Feliks ("Atletiko”), 2019-cu ilin klubu nominasiyasında isə "Liverpul" birinci olub.
Fanat.Az