"Atalanta"nın futbolçusu Deyan Kulusevski "Yuventus"a keçir.
Fanat.Az İyaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçəcək. İsveç millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
"Yuventus" Kulusevski üçün 35 milyon avro ödəyəcək. "Atalanta" oyunçunun çıxışına görə əlavə 9 milyon da ala bilər.
Qeyd edək ki, Deyan Kulusevski hazırda icarə əsasında "Parma"da çıxış edir. O, mövsümün sonuna kimi bu komandada qalacaq. Yarımmüdafiəçi cari mövsümdə oynadığı 19 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az