"Yuventus"un hücumçusu Kriştianu Ronaldu anasının səhhətindəki problemlə əlaqədar olaraq Madeyraya yollanıb.
Fanat.Az xəbər verir ki, Turin klubunun baş məşqçisi Mauritsio Sarri portuqaliyalı futbolçunun düşərgəni tərk etməsinə münasibət bildirib. İtalyan mütəxəssis dünyada Ronaldunu əvəzləyəcək futbolçunun olmadığını deyib:
"Nə baş verəcəyini bilmirəm. Şəxsi məsələdi və Ronaldu qayıtdıqdan sonra istəsə, bu barədə danışa bilərik. Onun qayıdışı hadisələrin gedişatından asılı olacaq.
Aydın məsələdi ki, Ronaldunun oynayıb-oynamamasından asılı olaraq taktikamız və oyun planımız dəyişəcək. Dünyada onu əvəz edəcək futbolçu yoxdu. Ona görə də Ronaldunun yoxluğunda fərqli şeylər yoxlamalı olacağıq".
Fanat.Az