Zədə səbəbindən 2019-20 mövsümünün böyük hissəsini qaçıran Pol Poqba yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Fanat.az xəbər verir ki, Poqba növbəti həftə əsas komandanın məşqində iştirak edə biləcək. Bu barədə məlumatı "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer təsdiqləyib:
"Pol hazırda fizioterapevtlərlə birlikdə çalışır. O, ancaq növbəti həftə əsas komada ilə məşqlərə qatıla biləcək. İdman formasını bərpa etməsi üçün bir müddət məşq etməlidi".
Fransız futbolçu dekabrın 26-dan bəri meydana çıxmayıb. O, yanvar ayında əməliyyat olunmuşdu.
Poqbanın MY ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. 26 yaşlı yarımmüdafiəçinin adı Madrid "Real"ı və "Yuventus"la birlikdə hallanır.
Fanat.az