Almaniya Bundesliqasında 25-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış matçında "Paderborn" "Köln"ü qəbul edib. Oyunda hesab 28-ci dəqiqədə açılıb. Xorxe Mere qonaqları önə keçirib. Çox keçmədən "keçilər" fərqi artırıb. Bu səfər Yonas Ektor fərqlənib. "Paderborn"un təsəlli qolundan artığına gücü çatmayıb. Dennis Srbeninin 73-cü dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirib. "Köln" səfərdə "Paderborn"u məğlub edib - 2:1.
Almaniya Bundesliqası
25-ci tur
"Paderborn" - "Köln" - 1:2
Qollar: Srbeni (73) - Mere (28), Ektor (36)
Fanat.Az