İngiltərə Premyer Liqasında 29-cu turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, turun mərkəzi matçı Mançester klubları arasında oynanılıb. Qarşılaşmada hesab 30-cu dəqiqədə açılıb. Antoni Marsyal "qırmızı şeytanlar"ı önə keçirib. "Mançester Siti" çox çalışsa da, hesabı bərabərləşdirə bilməyib. Əvəzində MY fərqi artırıb. Matça artırılmış 6-cı dəqiqədə Skott Maktominey fərqlənib. Beləliklə, "Yunayted" Mançester derbisindən 2:0 hesabı ilə qalib ayrılıb.
İngiltərə Premyer Liqası
29-cu tur
"Mançester Yunayted" - "Mançester Siti" - 2:0
Qollar: Marsyal (30), Maktominey (90+6)
Fanat.Az