İtaliya A Seriyasında 26-cı turdan təxirə salınmış "Yuventus" - "İnter" matçı keçirilib.
Fanat.Az xəbər verir ki, qarşılaşma koronavirus infeksiyasının geniş yayılması səbəbindən boş tribunalar önündə keçirilib. İlk hissədə qol səsi çıxmayıb. Hesab 55-ci dəqiqədə açılıb. Aaron Remzi "İnter"in qapısına yol tapıb. 67-ci dəqiqədə isə Paulo Dibala yekun hesabı müəyyənləşdirib - 2:0. Xallarının sayını 63-ə çatdıran "Yuventus" "Latsio"nu geridə qoyaraq birinci pilləyə yüksəlib.
İtaliya A Seriyası
26-cı tur
"Yuventus" - "İnter" - 2:0
Qollar: Remzi (55), Dibala (67)
Fanat.Az