Ronaldinyo həbsxanada keçirilən futbol turnirində iştirak edib.
Fanat.Az xəbər verir ki, Ronaldinyonun komandası final matçında 11:2 hesabı ilə qələbə qazanaraq yarışın qalibi olub. Braziliyalı futbolçu həlledici oyunda 5 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmənin müəllifi olub.
Turnirin qalibinə çəkisi 16 kq. olan donuz hədiyyə edilib.
Xatırladaq ki, Paraqvaya daxil olarkən saxta pasportla saxlanılan Ronaldinyo və qardaşı barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.
Fanat.Az