Münhenqladbah "Borussiya"sının futbolçuları koronavirus pandemiyasının yayıldığı dönəmdə kluba yardım etmək üçün maaşlarının bir hissəsindən imtina ediblər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, futbolçularla yanaşı, idarəçilər və məşqçilər heyəti də bənzər qərar qəbul edib.
"Komanda ilə qürur duyuram. Həm yaxşı, həm də pis gündə "Borussiya"nın yanındayıq", - deyə idman direktoru Maks Eberl qeyd edib.
Beləcə, klubun aylıq 1 milyon avro xərcə qənaət edəcəyi gözlənilir. Bu, dünya futbolunda ilk belə haldı.
Qeyd edək ki, koronavirus səbəbindən Bundesliqada oyunlar aprelin 2-nə kimi dayandırılıb. Müddətin uzadılacağı istisna deyil.
Fanat.Az