İngiltərə Premyer Liqasında mövsümün bərpası gecikəcək.
Fanat.Az xəbər verir ki, Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2-də fasilə müddəti 30 aprelə kimi uzadılıb. Bu barədə İngiltərə Futbol Assosiasiyası qərar qəbul edib.
Belə olan halda, Premyer Liqada mövsümün 1 iyundan gec başa çatacağı gözlənilir.
Daha əvvəl koronavirus pandemiyası səbəbindən PL oyunlarına 4 aprelə kimi fasilə verilmişdi.
Böyük Britaniyada 2 642 nəfər koronavirusa yoluxub. Ölkədə infeksiyadan dünyasını dəyişənlərin sayı 72-di.
Fanat.Az