Nigeriyada bir qrup silahlı tərəfindən girov götürülən futbolçular azadlığa qovuşub.
Fanat.Az xəbər verir ki, iformasiyanı yerli mətbuata Nigeriya polisi verib.
Nigeriya millisinin də üzvü olan Dayo Oco və Benjamin İluyomade artıq azadlıqdadı. Keçirilən əməliyyatın detalları açıqlanmasa da, hər iki futbolçunun sağlıq durumunun qaydasında olduğu dəqiqdi.
Xatırladaq ki, Oco və İluyomade iki gün öncə ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılmışdılar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) tələb etmişdi.
Fanat.Az