"Parma”nın müdafiəçisi Brunu Alveş hava mübarizələrində Kriştianu Ronaldudan üstün olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, 189 santimetr boya malik mərkəz müdafiəçisi bunu "İnstagram”da – canlı yayımda deyib.
2007-2018 aralığında Portuqaliya millisində superulduzla çiyin-çiyinə tər tökən 38 yaşlı Alveş belə danışıb:
"Ona qarşı bir neçə dəfə oynamışam. Ronaldu indiyə qədər heç vaxt hava mübarizələrində məni üstələməyi bacarmayıb. O, sürətli, texniki cəhətdən daha hazırlıqlı ola bilər. Amma söhbət "ikinci mərtəbə”dən gedirsə... İnanmıram...”
Yeri gəlmişkən, Portuqaliya yığmasının Braziliya əsilli sabiq üzvünün "Transfermarkt”dakı göstəriciləri də söylədiklərinə uyğundu.
Brunu bu mənada Avropada rəqib tanımır. Qocalmaq bilməyən arxa xətt oyunçusu hava mübarizələrinin 78,4 faizindən qalib ayrılıb. Hətta planetin ən bahalı müdafiəçisi Vircil van Deyk də ona aşağıdan yuxarı baxır - 74,9 faiz.
Fanat.Az