Tenerife şəhərinin Otelçilər Birliyi İspaniya Futbol Federasiyası və La Liqa rəhbərliyinə çempionat oyunlarını Kanar adalarında keçirməyi təklif edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, birliyin nümayəndələri adaların İspaniya ərazisindən kənarda yerləşdiyini əsas gətirərək belə bir fikir irəli sürüblər.
Sequndada çıxış edən "Las-Palmas" və "Tenerife" klubları Kanar adalarını təmsil edir. Bundan əlavə, sözügedən bölgə turistlərin sevimli məkanı olduğundan, güclü otel infrastrukturuna sahibdi. La Liqa və Sequndanı təmsil edən toplam 42 klubun heyəti asanlıqla bu otellərə yerləşdirilə bilər.
La Liqa koronavirus pandemiyası səbəbindən dayandırılıb. 27 turdan sonra "Barselona" turnir cədvəlinə başçılıq edir. "Real" liderdən iki xal geri qalır.
Fanat.Az