UEFA Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını azaltmağı planlaşdırmır.
Fanat.Az xəbər verir ki, UEFA nümayəndəsi bu barədə yayılan məlumatı təkzib edib:
"Avro-2020 2021-ci il, 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Mövcud oyun cədvəlini saxlamaq və planlaşdırıldığı kimi, turniri əvvəlcədən adları açıqlanan şəhərlərdə keçirmək niyyətindəyik.
Ancaq hazırda oyun cədvəli rəsmi olaraq təsdiqlənməyib. UEFA bu məsələ ilə bağlı olaraq ev sahibi şəhərlərin hamısının rəsmiləri ilə təmasdadı. Yenilik olacağı təqdirdə bu barədə məlumat veriləcək".
Daha əvvəl "Daily Mail" nəşri koronavirus pandemiyası nəticəsində qeydə alınan yüksək ölüm və maliyyə problemləri səbəbindən Roma və Bilbao şəhərlərinin ev sahibliyindən məhrum ediləcəyinə dair xəbər yaymışdı.
Fanat.Az