UEFA Çempionlar Liqası və Avropa Liqasının gələcəyi ilə bağlı yeni plan üzərində işləyir.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, qurumun rəhbərliyi avrokubokları avqust ayında üç həftə ərzində başa vurmağı planlaşdırır. İdeyanın həyata keçməsi üçün daxili çempionatlar iyun ayının ortalarından gec olmayacaq bərpa olunmalıdı.
Hazırda UEFA-nın bütün diqqəti ölkə çempionatlarına yönəlib. Əsas məqsəd liqalarda mövsümün başa çatmasıdı. Daha sonra avqust ayında qısa müddət ərzində ÇL və AL-in qaliblərini müəyyənləşdirmək mümkün olacaq.
Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA-nın himayəsi altında olan bütün turnirlər koronavirus pandemiyası səbəbindən dayandırılıb. Oyunların ən geci yay aylarında davam edəcəyi gözlənilir.
Fanat.Az