"Real" koronavirusa mübarizəyə dəstək olmaq üçün klubun əfsanələrinin əşyalarını satmaqda qərarlıdı.
Fanat.Az Madrid təmsilçisinin saytına istinadən xəbər verir ki, ağ formanı geyinmiş ən ünlü ulduzlara məxsus əşyalar auksiona çıxarılacaq.
Klub Roberto Karlosun butslarına, İker Kasilyasın əlcəklərinə, Fernando Yerronun formasına və basketbol komandasında oynamış ən tanınmış idmançıların geyim dəstlərinə müştəri axtaracaq.
Hərrac aprelin 24-də baş tutacaq.
Fanat.Az