"Monpelye" klubunun yarımmüdafiəçisi Junior Sambiya koronavirusa yoluxub.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Sambiya hazırda süni koma vəziyyətindədi. Bu barədə 23 yaşlı futbolçunun meneceri Frederik Qerra məlumat verib:
"Vəziyyəti nə yaxşılaşır, nə də pisləşir. Junior karantin qaydalarına əməl edirdi, yəqin ki, mağazaya alış-verişə gedərkən koronavirusa yoluxub. Çərşənbə günü evə buraxılmalı idi, amma sonradan ağciyərlərinin vəziyyəti pisləşdi.
İndi o, süni koma vəziyyətindədi. Buna qədər iki xəstəxana dəyişmişik. Normal şərait axtarışındayıq".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol