16:14 27.04.2020 923

Bir şəklin tarixi və ya İngiltərə yığmasının faşist salamı - VİDEO

1938-ci ilin 14 mayında İngiltərə yığması Berlindəki Olimpiya stadionda 110 min azarkeşin qarşısında Almaniya ilə qarşılaşırdı. Bu, Avropa turnesi zamanı onların ilk oyunu idi. Və bu qarşılaşma böyük siyasi mesajla başladı. Oyunu stadiondan Almaniyanın vacib dövlət adamları – German Gerinq, Rudolf Gess və Jozef Göbbels də izləyirdi. 
 
Qarşılaşmadan əvvəl Almaniyanın dövlət himni çalındı Və İngiltərə yığmasının bütün üzvləri faşist salamı verdilər. Həmin ərəfələrdə Avropada nələrin baş verdiyini nəzərə alsaq, ingilislərin bu hərəkəti şok effekti yaradırdı. 
 
Oyundan əvvəl İngiltərə Xarişi İşlər Nazirliyindən futbolçulara əmr gəldi: rəqib komanda ilə birlikdə azarkeşlərə salam vermək. Bu əmr futbolçular tərəfindən öncə rədd edildi. Hətta vəziyyət o həddə çatdı ki, futbolçular meydana çıxmaq istəmədilər. Məsələyə İngiltərənin Almaniyadakı səfiri Nevill Henderson müdaxilə etməli oldu. 
 
İngiltərə Futbol Assosiasiyasının rəhbəri Stenli Rusla birilikdə futbolçularla aparılan danışıqlarda səfir, onları faşist salamının verilməsinin vacib olduğuna inandıra bildi. 
 
Həmin qarşılaşmada İngiltərə yığmasının qollarından birini vurmuş Stenli Metyuz belə yazır: "Oyunçuların hamısı qəzəbli idi. Özüm də daxil, heç kim bunu etmək niyyətində deyildi. Kapitanımız Eddi Hepqud barmağı ilə işarə edərək dedi ki, faşist salamını haranıza istəyirsinizə, oranıza da soxun”.
 
Amma bu etirazlara baxmayaraq, rəsmi şəxslər futbolçuları yola gətirə bildilər. İngiltərə yığması asanlıqla – 6:3 hesabı ilə qalib gəldi. Ancaq məğlubiyyət Hitleri narahat etmirdi. O, bu oyunda böyük təbliğat qələbəsi qazanmışdı. 
 
Nasist Almaniyası yaramaz bir dövlətdən tanınmış bir dövlətə - digər Avropa güclərinin hörmət etdiyi bir ölkəyə çevrildi. Bir il sonra İkinci Dünya Müharibəsi başladı.

Mənbə: "Kaspi" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2025
12:34

"Sumqayıt"ın legioneri milliyə çağırıldı

12:16

Region Liqası: Final oyununun hakimi bilindi

11:58

Minifutbol: Türkiyə millisi heç-heçə ilə başladı

11:40

"Real"ın ulduzu növbəti mövsümün startını buraxacaq

11:21

İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

11:02

Ançelottinin köhnə və yeni komandaları qarşılaşacaq - Vida matçı

10:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:24

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəldi

10:05

Minifutbol: Bakıda mundial başlayır

09:44

AFFA "Neftçi" İK-in şikayətini təmin etmədi

09:23

AL: Finalda İngiltərə dueli - YENİLƏNİR

09:00

Rud van Nistelroyu əvəzləyəcək məşqçinin kimliyi bəlli oldu

01:17

İPL: "Mançester Siti"dən inamlı qələbə

20 May 2025
23:53

"Milan"a yazığım gəlir" - Nelson Dida

23:30

Yüksək Liqa: Mərkəzi oyun FİFA referilərinə tapşırıldı

23:01

İspaniya nəhəngi Leauya elçi düşdü

22:49

"Prezident mənə yazaraq bildirdi ki..." - Flik açıqladı

22:14

"Barselona" Fortla bağlı qərarını verdi

21:50

"Milan"ın yeni idman direktoru bilindi

21:20

"Məncə, Rusiya Braziliyanı məğlub edər" - Daniel Karvalyo

20:48

Yüksək Liqanın debütantı braziliyalı legionerlə gücləndi

20:16

Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi

19:51

"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

19:10

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

18:50

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

18:14

İsrail millisinin futbolçusu 31 yaşında vəfat etdi

17:50

Azərbaycan cüdoçuları AÇ-yə Yılmazın rəhbərliyi altında hazırlaşırlar

17:33

"Ayntraxt" klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

17:15

Finalda yeganə qolu vuran futbolçu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

16:58

Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı

16:40

"Olimpiakos" Fransa millisində 4 matça çıxan futbolçunu heyətinə qatdı - RƏSMİ

16:22

Dünya və Avropa çempionu karyerasını bitirdi - RƏSMİ

16:03

"Milan"ı titulsuz qoyan klub yeni transferini açıqladı

15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

Facebookdan bizi izləməyi unutmayın.
X