"Besoccer" portalı "ProFootballDB" ilə birlikdə XXI əsrin ən yaxşı futbolçularının reytinqini hazırlayıb. Siyahı tərtib olunarkən futbolçunun oyuna təsiri, yəni qol və asist sayını, rəqiblərin və turnirlərin səviyyəsini nəzərə alan ELO sistemindən istifadə edilib.
Fanat.Az xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi 100 balla hamını qabaqlayıb. "Yuventus"un forvardı Kriştianu Ronaldu maksimum xal toplamasına baxmayaraq, əlavə göstəricilərdə Leodan geri qalaraq ikinci olub. "İlk üçlüy"ü Tyerri Anri qapayıb.
"İlk onluq" belədi:
1. Lionel Messi (100 bal)
2. Kriştianu Ronaldu (100)
3. Tyerri Anri (98)
4. Luis Suares (97)
5. Zlatan İbrahimoviç (97)
6. Harri Keyn (97)
7. Məhəmməd Salah (97)
8. Neymar (96)
9. Robert Levandovski (96)
10. Radamel Falkao (95)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol