Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qadın futbolçulara qarşı cinsi zorakılıq edib.
Fanat.Az "The Guardian”a istinadən xəbər verir ki, bu barədə qızlardan biri məlumat verib.
O, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qaldığını iddia edib. Adı açıqlanmayan qadın futbolçu bildirib ki, İv Jan-Bart qızlara onunla yatması üçün təzyiq edir. Razılaşmayanlar isə milli komandadan qovulur.
Bu hadisələrin son 5 ildə baş verdiyi bildirilir. "Dadu” ləqəbli federasiya prezidenti isə ittihamları qəbul etmir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol