"Barselona" maliyyə problemləri üzündən yeni futbolçularını hələ də sifariş edə bilmir.
Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu işləri yoluna qoymaq üçün bir sıra yüksək ödənişli oyunçuların əməkhaqqını azaltmaq məcburiyyətindədir.
İspaniya nəhənginin idarəçiləri artıq Jerar Pike, Serxio Buskets və Jordi Alba ilə bu yöndə danışıqlara başlayıb.
Pike maliyyə problemlərini anlayışla qarşılayırsa, Busketsi rəhbərliyin təklifi qane etmir. Albanın klub bosslarına nə cavab verəcəyi isə bilinmir.
İndiki durumda məsələ həllini tapmadığı üçün "Barselona" bu yay heyətinə qatdığı adların - Memfis Depay, Serxio Aquero və Erik Qarsiyanın xidmətindən məhrumdur. Avqustun 15-də La Liqa matçında "Real Sosyedad"la üz-üzə gələcək kataloniyalılar bazar gününə qədər vəziyyətdən çıxış yolu tapmalı, yeni futbolçularını sifariş etməlidir.
Nihat