"Fənərbağça” Cənubi Koreya millisinin üzvü Kim Min Jeni heyətinə qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 24 yaşlı stopperi Çinin "Beytszin Qoan” klubundan transfer edib.
Müdafiəçi tibbi müayinədən keçəndən sonra "Fənərbağça” ilə rəsmi müqavilə imzalayacaq.
İstanbul nəhəngi daha öncə Stiven Koker, Serdar Dursun, Çağtay Kurukalıp, Burak Kapacak və 17 yaşlı Emir Ortakayanı transfer etmişdi.
Nihat