"Yuventus" məşqləri bərpa edib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçulardan bəziləri Kontinassa məşq mərkəzində fərdi çalışmalara başlayıblar.
Oyunçuların hamısı artıq tibbi müayinədən keçib. İtaliyaya ötən gün qayıdan Kriştianu Ronaldu isə 14 günlük karantin müddətini tamamladıqdan sonra komanda ilə birlikdə məşqlərə qoşula biləcək.
Fanat.Az