"Fənərbaxça"nın dünənə planlaşdırılan məşqi baş tutmayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, buna səbəb klubda bir nəfərdə koronavirus aşkarlanması olub.
Mayın 5-i futbolçular və klubun əməkdaşları koronavirus testindən keçib. Futbolçularla bağlı hər şey qaydasında olsa da, bir əməkdaşda koronavirus simptomları aşkarlanıb. Daha bir işçinin də koronavirusa yoluxmasıyla bağlı şübhələr var.
Bu üzdən komandanın dünənənə planlaşdırılan məşqi ləğv edilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol