"Real”ın 22 yaşlı hücumçusu Luka Yoviç zədələnib.
Fanat.Az xəbər verir ki, futbolçunun sağ ayağında sınıq aşkarlanıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin serbiyalı oyunçunun bərpa müddəti ilə bağlı məlumat verilməyib.
İspaniya mətbuatında Yoviçin evdə məşq edərkən zədələndiyi haqda informasiyalar var.
Serbiya millisinin hücumçusu "Real”a Almaniya "Ayntraxt”ından 60 milyon avroya transfer edilib.
Qeyd edək ki, Yoviç bu mövsüm paytaxt təmsilçisinin formasıyla çıxdığı 24 oyunda 2 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol