"Torino" azarkeşləri İtaliya A Seriyasının bərpasına qarşıdılar.
Fanat.Az xəbər verir ki, fanatların bir hissəsi komandanın ev oyunlarını keçirdiyi stadionun xaricində banner yerləşdiriblər. Bannerdə qeyd olunub: "Hər şəhərdə minlərlə ölü var, siz isə A Seriyasının bərpası barədə düşünürsünüz. Yenidən oynamaq istəyənlər, əsl virus sizsiniz".
Artıq İtaliya çempionatında çıxış edən klublar məşqləri bərpa ediblər. A Seriyasının növbəti ay başlaya biləcəyi müzakirə olunur.
"Torino" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol