"Tottenhem”in yarımmüdafiəçisi Dele Alli silahlı basqına məruz qalıb.
Fanat.Az "The Sun”a (San) istinadən xəbər verir ki, hadisə mayın 12-də, yerli vaxtla 00:30-da baş verib.
Bıçaqla silahlanmış iki soyğunçu oyunçunun evinə soxulub. Həmin vaxt futbolçu sevgilisi Rubi Mey və 6 dostu ilə bilyard oynayırmış. Dele Allini döyən quldurlar onun dostlarından birinə də xəsarət yetiriblər. Futbolçunun "Richard Mille” və "Audemar Piguet” firmalarından olan qol saatlarını əlindən alan cinayətkarlar onun sevgilisinə məxsus bahalı bəzək əşyalarını da aparıblar.
İngiltərə polisi hələ cinayətkarların kimliyini müəyyənləşdirə bilməyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol