"Barselona"nın hücumçusu Lionel Messi komandanın cari mövsümdəki oyunundan narazıdı.
Fanat.Az xəbər verir ki, Messi "Sport" nəşrinə açıqlamasında "Barsa"nın oyununun Çempionlar Liqasını qazanmaq üçün yetərli olmadığını bildirib:
"Heç vaxt heyətimizə, bu heyətin Çempionlar Liqası və La Liqanı qazanacaq gücdə olmasına şübhə etməmişəm. Amma bu mövsüm oynadığımız futbolla ÇL-in qalibi ola bilmərik. Xoşbəxtlikdən hər il bu turnirdə iştirak etmək şansım olur və yaxşı bilirəm ki, belə oynamağa davam etsək, çempion olmayacağıq.
Bəlkə də, koronavirusla bağlı yaranan fasilə bizə müsbət təsir edəcək. Amma ilk olaraq mövsümün bərpasını gözləmək lazımdı. Ondan sonra hansı səviyyədə olduğumuzu və hansı səviyyəyə çata biləcəyimizi daha yaxşı görə bilərik".
"Barselona" hazırda 58 xalla La Liqanın lideridi. Katalon klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Napoli" ilə səfərdə 1:1 hesablı bərabərliyə razı olub. Cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol