"Real"ın prezidenti Florentino Peres komandanın Valdebebasdakı bazada keçirilən məşqinə qatılıb.
Fanat.Az klubun "Twitter" hesabına istinadən xəbər verir ki, Peres baş məşqçi Zinəddin Zidan və oyunçularla söhbətləşib. 73 yaşlı funksioner "Real"ın basketbol komandasının üzvləri və çalışdırıcısı Pablo Laso ilə də görüşüb.
Madrid təmsilçisi 18 mayda qrup məşğələlərinə başlayıb. La Liqanın iyun ayında bərpa ediləcəyi gözlənilir.
Fanat.Az