"Barselona" dəfələrlə istifadə edilə bilən maskaların satışına başlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, maskalar qoruyucu xüsusiyyətlərini itirmədən 40 dəfə yuyula bilir. Virusdan qorunma vasitələri dizayn baxımından müxtəlifdi. Qiymətləri isə eynidi - 18 avro.
Kataloniya təmsilçisi gələcəkdə daha ucuz və müxtəlif məqsədlər üçün yararlı ola biləcək maskalar hazırlamağı planlaşdırdırır.
Fanat.Az