"FourFourTwo" İngiltərə Premyer Liqası tarixinin ən sərt 50 futbolçusunu sıralayıb.
Fanat.Az xəbər verir ki, sıralamaya Qaret Barri başçılıq edir. O, 633 dəfə qaydanı pozub və 6 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Kevin Deyvis (605 qayda pozuntusu) ikinci, Maruan Fellayni (588 qayda pozuntusu) isə üçüncüdü.
"İlk onluq" belədi:
1. Qaret Barri
2. Kevin Deyvis
3. Maruan Fellayni
4. Qabriel Aqbonlahor
5. Ceyms Milner
6. Antonio Valensiya
7. Piter Krauç
8. Li Kattermol
9. Lukas Leyva
10. Tim Keyhill
Fanat.Az