"Yuventus"un hücumçusu Kriştianu Ronaldu İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Milan"la oynanılan matçda (0:0) penalti zərbəsini qola çevirə bilməyib.
Fanat.Az xəbər verir ki, Ronaldu son 509 gün ərzində ilk dəfə penalti qaçırıb. 35 yaşlı futbolçu sonuncu dəfə 2019-cu ilin yanvar ayında "Kyevo" ilə görüşdə 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməmişdi.
Ronaldunun penalti nöqtəsində uğursuz olmasına baxmayaraq, "Yuve" səfər qolu hesabına "Milan"ı mübarizədən kənarlaşdıraraq finala yüksəlib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol