"Malyorka"nın futbolçusu Luka Romero La Liqanın 28-ci turu çərçivəsində "Barselona" ilə oynanılacaq matçda əsas komandanın heyətində debüt edə bilər.
Fanat.Az xəbər verir ki, baş məşqçi Visente Moreno RCN telekanalına açıqlamasında bu barədə məlumat verib:
"La Liqa razılıq versə, problem olmayacaq. Luka Romero bu oyunda əsas komandada debüt edə bilər. Mən onda böyük potensial görürəm. O, səviyyəli oyunçudu".
Romero "yeni Messi" adlandırılır. 16 yaşlı oyunçu Argentinanın U-17 yığmasının heyətində bir dəfə meydana çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol