"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Real"da davam etdirmək istəyirmiş.
Fanat.Az xəbər verir ki, polşalı futbolçunun sabiq meneceri Tsezari Kuxarski "Futbolownia"ya müsahibəsində bu barədə məlumat verib:
"Levandovski "Bavariya" ilə müqavilə yeniləmək niyyətində deyildi. O, "Real"a keçmək istəyirdi, çünki Kriştianu Ronaldu orada idi.
O zaman onu böyük klubda əsas hücumçu olmalı olduğuna inandırdım. "Real"da gec-tez Benzemanı üstələyəcəkdi, amma Levanın "ikinci nömrə" kimi başqa kluba keçməsinə icazə verə bilməzdim. "Real", "Arsenal" və "Mançester Siti" ilə olan müzakirələrimizin hamısında bunu vurğulamışdım.
Levandovski karyerasını "Bavariya"da bitirəcək. Mən də ona bunu məsləhət görərdim. Diqqətini "Bavariya"ya yönəldərək rekordlarını sıralamağa davam edə bilər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol