İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti postu uğrunda keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 39 yaşlı qolkiper qərarını belə izah edib:
"Bu qərarı verməyimin əsas səbəbi İspaniyada cərəyan edən xüsusi sosial-iqtisadi və epidemioloji vəziyyətdi. Məlum hadisələrdən sonra prezidentlik məsələsi mənim üçün arxa plana keçdi. Qapını həmişəlik bağlamamışam. Sadəcə, seçkilərin ədalətli, hamıya açıq və İspaniya futboluna xeyir verəcək şəkildə keçirilməsini istəyirəm. Amma hazırkı vəziyyətdə bunun mümkün olduğunu düşünmürəm".
Prezident seçkiləri bu ilın mart ayında keçirilməli idi. Kasilyasın hazırkı rəhbər Luis Rubialesə əsas rəqib olacağı gözlənilirdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol