"Mançester Yunayted"in keçmiş futbolçusu, futbol mütəxəssisi Qari Nevill Alisson Bekerin "Liverpul"un çempionluq yolunda ən effektiv oyunçu olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, Nevill "Sky Sports"a açıqlamasında qeyd edib:
"Hamı "Liverpul"un çempionluq üçün van Deykə ehtiyacı olduğunu deyir, amma məncə, Alissonun komandaya bu mənada daha çox köməyi dəydi. İki-üç il əvvəl "Liverpul"un qapıçılarına çox tənqidi yanaşmışdım və hətta "mersisaydlılar"ın belə qolkiperlərlə heç vaxt çempion ola bilməyəcəklərini demişdim. Onda Klopp mənə əsəbiləşmişdi.
Təmkinli və nüfuzlu qapıçıya sahibsinizsə, deməli, komandanızın özünə olan inamı da yüksəkdi. Van Deyk, mənə görə, ən yaxşı mərkəz müdafiəçilərindən biridi. Amma Premyer Liqanı qazanmaq üçün komandanın məhz Alissona ehtiyacı olduğunu düşünürəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol