"Barselona"nın "Bavariya"da icarə əsasında çıxış edən yarımmüdafiəçisi Filippe Koutinyu "Liverpul"a qayıtmaq istəyir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Koutinyu baş məşqçi Yürqen Kloppa zəng edərək "Liverpul"a keçmək üçün maaşının azaldılmasına belə razı olduğunu bildirib.
"Barselona"nın növbəti "transfer pəncərəsi"ndə 27 yaşlı futbolçu ilə yolları ayıracağı bildirilir. Koutinyu ötən yay 8,5 milyon avro icarə haqqı qarşılığında "Bavariya"ya keçmişdi. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan braziliyalı oyunçu 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Bavariya" onun transfer haqlarını 120 milyon avro ödəyərək ələ keçirə bilər. Lakin son məlumatlara görə, Münhen klubu bu opsiyadan istifadə etmək niyyətində deyil.
Koutinyu 2013-2018-ci illər aralığında "Liverpul"da çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol