UEFA İcraiyyə Komitəsinin iclasında Avropanı təmsil edən yığma komandalar üçün DÇ-2022-nin seçmə mərhələsinin formatı təsdiqlənib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 55 milli beşində 6-sı, digər beşində isə 5-i olmaqla toplam on qrupa bölünəcək. Qrupların qalibləri birbaşa dünya çempionatının final mərhələsində iştirak etmək haqqı qazanacaqlar. Qruplarında ikinci yeri tutacaq 10 yığma və Millətlər Liqasından gələcək 2 milli pley-off sistemi üzrə son üç vəsiqə uğrunda mübarizə aparacaq.
Növbəti mərhələdə FIFA sözügedən formatı təsdiqləməlidi.
Dünya çempionatı 2022-ci il, 21 noyabr - 18 dekabr tarixləri aralığında Qətərdə keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol