"Tottenhem"in hücumçusu Harri Keyn zədəsini tam sağaldıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Keyn Premyer Liqanın 30-cu turu çərçivəsində "Mançester Yunayted"lə oynanılacaq matçda start heyətində meydana çıxacaq. Məlumatı baş məşqçi Joze Mourinyu təsdiqləyib. Bununla belə, portuqaliyalı mütəxəssis 26 yaşlı futbolçunun nə qədər oynaya biləcəyini dəqiq bilmədiyini qeyd edib.
"Sauthempton"la görüşdə zədələnən Keyn yanvarın 1-dən bəri yaşıl meydanlardan uzaq idi.
"Tottenhem" - MY matçı iyunun 19-da keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol