PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının qayıdışına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Neymar "Instagram" hesabındakı paylaşımında ÇL-i sevgilisi kimi qələmə verib:
"Səni gözləməyə səbrim çatmır, sevgilim. Çempionlar Liqası qayıtdı".
UEFA Çempionlar Liqasının 1/4 finaldan etibarən Portuqaliyanın Lissabon şəhərində "səkkizlər finalı" formatında keçirilməsinə dair qərar qəbul edib. Matçlar 12-23 avqust tarixləri aralığında oynanılacaq.
Qeyd edək ki, PSJ artıq 1/4 finala vəsiqəni təmin edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol