"Bavariya" PSJ-nin müdafiəçisi Tanqi Kuassini transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kuassi azad agent kimi "Bavariya"ya keçib. 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Bavariya"da oynayacağım üçün çox şadam. Zəngin ənənələrə malik böyük klubdan söhbət gedir. Ümid edirəm, burada möhkəmlənə biləcəm və bir neçə oyunda meydana çıxacam. Bunun üçün çox çalışacam", - deyə Kuassi bildirib.
Fransız oyunçu PSJ-nin yetirməsidi. O, ötən ildən əsas komandada çıxış edir. Kuassi 2019-20 mövsümündə Liqa 1-də 6 matçda meydana çıxıb və 2 qol müəllifi olub.
Fanat.Az