"Qalatasaray”la olan müqaviləsinin müddəti başa çatan və sözləşməsi yenilənməyən Yuto Naqatomo bu gün komandası ilə son məşqə çıxıb.
Fanat.Az xəbər verir ki, komanda yoldaşları ilə vidalaşan yapon futbolçu göz yaşlarını saxlaya bilməyib.
Cinah müdafiəçisi İstanbul klubuna 2018-ci ildə "İnter”dən transfer olunmuşdu.
"Qalatasaray” formasıyla 65 rəsmi görüşə çıxan Naqatomo bu oyunlarda 3 qol vurub.
Fanat.Az