"Birminqem"in yarımmüdafiəçisi Cud Bellinqem karyerasını "Borussiya"da davam etdirəcək.
Fanat.Az Dortmund klubunun saytına istinadən xəbər verir ki, Bellinqemlə uzunmüddətli müqavilə imzalanıb. Keçidin 23 milyon avro qarşılığında baş tutduğu bildirilir.
"Borussiya" 17 yaşlı futbolçunu "The Beatles"in "Hey Jude" mahnısının sədaları altında təqdim edib.
Bellinqem 2019-20 mövsümündə 40 matçda meydana çıxıb və 4 qol müəllifi olub.
Fanat.Az