"Barselona"nın Lionel Messinin transferi üçün "Mançester Siti"dən tələb etdiyi məbləğ açıqlanıb.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, kataloniyalılar İngiltərə klubundan argentinalı ulduz üçün 280 milyon avro istəyir.
Qeyd edək ki, Messi "Barselona"dan ayrılmaq istədiyini açıqlayıb. Onu heyətinə qatmaq istəyən klublar arasında "Mançester Siti" ilə yanaşı, "İnter" və PSJ də var. İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola ötən gün futbolçu ilə danışıqlar aparmaq üçün Barselonaya yollanıb.
Fanat.Az