"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek komanda yoldaşlarına "Mançester Yunayted"ə keçəcəyini deyib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Mənbə 23 yaşlı oyunçunun gələn həftə tibbi baxışdan keçmək üçün İngiltərəyə yollanacağını açıqlayıb. "Barselona"nın da maraqlandığı istedadlı futbolçunun 55 milyon avro qarşılığında iş yerini dəyişəcəyi bildirilib.
Qeyd edək ki, van de Bek "Ayaks"ın öz yetirməsidir. Amsterdam klubuyla olan müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər olan Donni son mövsümdə 23 çempionat matçına çıxıb. Bu görüşlərdə 8 qol vuran oyunçu 6 məhsuldar ötürməylə də yadda qalıb.
Fanat.Az