UEFA Millətlər Liqasının II turunda İsveçlə səfər oyunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, bu görüşdə dubla imza atan 35 yaşlı hücumçu yığmada 100-cü qolunu vurub.
Ronaldo bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.
Milli komandada ən çox qol vuran futbolçuların siyahısında ilk "3-lüy"ü Macarıstan yığmasının əfsanəvi hücumçusu Ferents Puşkaş tamamlayır. Braziliyalı Pele isə 77 qolla 6-cı pillədə qərarlaşıb.
Fanat.Az