"Real" transfer bombasını partlatmağa hazırlaşır.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "Kral Klubu" "Mançester Siti"dən Riyad Mahrezi heyətinə qatmaq istəyir. Klub rəhbərliyi hazırda əlcəzairli futbolçunun meneceri ilə danışınlar aparır.
Qeyd edək ki, Riyad Mahrez "Mançester Siti"yə 2018-ci ildə "Lester"dən 67,8 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 48 milyon avro qiymət qoyduğu 29 yaşlı forvard ötən mövsüm oynadığı 50 rəsmi matçda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.
Fanat.Az