Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion "Başakşəhər"lə "Qalatasaray" komandaları arasında keçirilib.
Fanat.Az xəbər verir ki, görüş "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao (penalti), 76-cı dəqiqədə isə Yunes Belhanda vurub.
Bu qələbə sayəsində "Qalatasaray" xallarını 6-ya yüksəldib və birinci pilləyə yüksəlib. İlk iki turda xal qazana "Başakşəhər" isə son pilləni tutur.
Fanat.Az