Qvatemalanın 3-cü divizion klubu "San-Lorentso Coqo Fut"da çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, buna oyunçunun "Tiburones"lə matçda baş hakimi yumruğu ilə vurması səbəb olub. Referi 72-ci dəqiqədə Qarsiyaya qırmızı vərəqə göstərib. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsa da, futbolçu hakimə tərəf gedərək onun üzünə yumruqla vurub.